Göyçayda yol qəzaları baş verib, xəsarət alan var

Göyçayda yol qəzaları baş verib, xəsarət alan var Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 İyul , 2020 20:47
Göyçayda yol qəzaları baş verib, xəsarət alan var

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay şəhərinin Nizami küçəsində “Mercedes” və "Lada" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Qəza zamanı sərnişin, Qarayazı kənd sakini, 1961-ci il təvəllüdlü Mustafayeva Kainat Əzim qızı xəsarətlə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni vaxtda həmin küçədə "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hər iki faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi