Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 5 yaralı var - FOTO - YENİLƏNİB

Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 5 yaralı var - FOTO - YENİLƏNİB Göyçay rayonunda baş verən ağır yol-nəqliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
17 Avqust , 2019 19:09
Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 5 yaralı var - FOTO - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb. 

Yaralıların hamısı Göyçay rayon sakinləridir:

1. 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu

2. 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu

3. 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu

4. 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firuddin oğlu

5.1962-ci təvəllüdlü Əhmədov Rafael Yusif oğlu

Faktla bağlı araşdırma aparılır.


*** 17:59

Göyçay rayonunda zəncirvari qəza baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi