Göyçayda pul borcu olduğu tanışını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Babazadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələki məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Göyçayda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü İ.Babazadə tanışı 1968-ci il təvəllüdlü Əli Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib