Göyçayda su kanalından qadın meyiti tapılıb FOTO - VİDEO - YENİLƏNİB-2

Göyçayda su kanalından qadın meyiti tapılıb FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
8 Fevral , 2019 22:26
Göyçayda su kanalından qadın meyiti tapılıb FOTO - VİDEO - YENİLƏNİB-2
Report

Video əlavə olunub


*** 21:13

Göyçay. 8 fevral. REPORT.AZ Göyçay rayonunda su kanlında meyiti tapılan şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib. 

Qadının ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.


***20:28

Göyçay. 8 fevral. REPORT.AZ/ Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb.

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi