Göyçayda sakinlərə məxsus 15 qaz sayğacı sındırılıb - FOTO

Göyçayda sakinlərə məxsus 15 qaz sayğacı sındırılıb - FOTO Sakinlər rayon qaz istismarı idarəsinin əməkdaşlarına məlumat verib
Hadisə
25 Yanvar , 2016 13:10
Göyçayda sakinlərə məxsus 15 qaz sayğacı sındırılıb - FOTO

Bakı. 25 yanvar. REPORT.AZ/ Göyçay rayonunda naməlum şəxslər fərdi yaşayış evlərində quraşdırılan qaz sayğaclarını sındırb, yararsız hala salıblar. "Report"un məlumatına görə, rayonun Yekexana kənd sakinlərinin fərdi yaşayış evində quraşdırılan qaz sayğaclarına gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici və deşici alətlərlə müdaxilə olunub. Kənd sakinləri dərhal hadisə ilə bağlı Göyçay rayon qaz istismarı idarəsinin əməkdaşlarına məlumat verib. İdarənin əməkdaşları sayğaclara baxış keçirib. Məlum olub ki, sakinlərə məxsus 15 qaz sayğacına ziyan dəyib və onlardan ikisi tamamilə sıradan çıxıb.

Son xəbərlər

Orphus sistemi