Göyçayda qoyun sürüsünün altında qalaraq ölən Səməndər Məmmədov müğənni olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, S.Məmmədov uzun müddət Göyçayda müğənniliklə məşğul olub.
Qeyd edək ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü S.Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 82 yaşlı şəxs orada vəfat edib.