Göyçayda polis reyd keçirərək qaydaları pozan sürücüləri cərimələdi

Göyçayda polis reyd keçirərək qaydaları pozan sürücüləri cərimələdi Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reyd keçirib
Hadisə
16 Aprel , 2021 04:33
Göyçayda polis reyd keçirərək qaydaları pozan sürücüləri cərimələdi

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reyd keçirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd zamanı qaydaları pozan, tibbi maska taxmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol polisinin saxla əmrinə tabe olmayan sürücülər də aşkarlanıb.

Reyd zamanı bir necə sürücü tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədləri qaydasında olmayan sürücülər aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.

Bu cür reydlərin ilin sonuna qədər mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi