Göyçayda polis əməkdaşı ölümlə nəticələnən ağır qəza törədib

Göyçayda polis əməkdaşı ölümlə nəticələnən ağır qəza törədib Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Noyabr , 2021 00:21
Göyçayda polis əməkdaşı ölümlə nəticələnən ağır qəza törədib

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

Yaralı aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi