Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
14 İyul , 2017 11:54
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 14 iyul. REPORT.AZ/ Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə iyulun 14-də gecə saat 1:00 radələrində şəhərin Nizami küçəsində baş verib.

Belə ki, şəhər sakini Səfər Rəsulov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Mehman Mirzəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi