Göyçay. 1 fevral. REPORT.AZ/ Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü şəhər sakini Nazim Kamal oğlu Həsənov Nizami küçəsində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. Ayaq və diz nahiyələrindən ağır xəsarət alan piyada Göyçay Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.