Göyçayda narkotik tərkibli bitki məhv edilib

Göyçayda narkotik tərkibli bitki məhv edilib Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Hadisə
27 İyul , 2022 12:23
Göyçayda narkotik tərkibli bitki məhv edilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Son xəbərlər

Orphus sistemi