Göyçayda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var - FOTO

Göyçayda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var - FOTO Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
14 mart 2017 07:38
Göyçayda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var - FOTO
Report.az

Göyçay. 14 mart. REPORT.AZ/ Göyçay rayonunda baş verən qəzada sürücülərdən biri ağır xəsarət alıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun 5-ci km-də qeydə alınıb.

Göyçaydan Bərgüşad istiqamətində hərəkət edən Göyçay rayonunun Veysəlli kənd sakini Mehman Nəzərovun idarə etdiyi "Toyota" markalı minik maşını Şirvan kanalı üzərində körpüdən keçərkən idarəetməni itirərək qarşı tərəfdən gələn "Azəravtoyol" ASC-nin 17 saylı yol istismar idarəsinə məxsus "TATRA" markalı yük maşınına, daha sonra arxadan gələn "VAZ 21011" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində "Toyota"nın sürücüsü M.Nəzərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq Göyşay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi