Göyçayda mikroavtobus yanıb - FOTO

Göyçayda mikroavtobus yanıb - FOTO Göyçay rayonunda mikroavtobus yanıb.
Hadisə
11 Noyabr , 2019 12:41
Göyçayda mikroavtobus yanıb - FOTO

Göyçay rayonunda mikroavtobus yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Hacıyev Nurlan Soltan oğlu idarə etdiyi "Mersedes" markalı mikroavtobusla hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrik hissəsində qəfildən yanğın başlayıb və alışıb.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi