Göyçayda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB

Göyçayda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB Göyçay. 9 avqust. REPORT.AZ/ Göyçay rayonunda yaşadığı mənzildə meyiti tapılan şəxsin adı məlum olub.
Hadisə
9 Avqust , 2018 22:43
Göyçayda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB

Göyçay. 9 avqust. REPORT.AZ/ Göyçay rayonunda yaşadığı mənzildə meyiti tapılan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, meyit 1973-cü il təvəllüdlü Atəş Qədəm oğlu Səlimova məxsusdur.

Onun yaşadığı evdə hansı səbəbdən öldüyü məlum deyil. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***16:41

Göyçay. 9 avqust. REPORT.AZ/ Göyçay rayonunda mənzildən kişi meyiti tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən yaşıayış binalarından birində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin yaşadığı evdə meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi