Göyçayda maşın camışı vurub, iki nəfər xəsarət alıb

Göyçayda maşın camışı vurub, iki nəfər xəsarət alıb Qəza Ağdaş-Şamaxı avtomobil yolunda baş verib
Hadisə
25 Noyabr , 2017 00:42
Göyçayda maşın camışı vurub, iki nəfər xəsarət alıb

Göyçay. 25 noyabr. REPORT.AZ/ Ağdaş-Şamaxı avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə “Mercedes” markalı avtomobilin yolu keçən camışları vurması nəticəsində qeydə alınıb.

Qəza zamanı Mingəçevir şəhərindən olan bir ailənin iki üzvü - Yavər və Dilavər qardaşları müxtəlif bədən xəsarətləri alıb. Yaralanan sürücü və sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi