Yuxarı
    Bağlamaq

    Göyçayda pasport qeydiyyat şöbəsinin keçmiş rəisi qəza törədib

    Xəyal Məmmədov hadisə yerində dünyasını dəyişib

    Göyçay. 19 aprel. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə saat 00:30 radələrində, Ucar-Göyçay yolunda qeydə alınıb.

    Belə ki, Göyçay rayon Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Xəyal Xanlar oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. X.Məmmədov hadisə yerində dünyasını dəyişib.

    Qeyd edək ki, X.Məmmədov Göyçay Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olub. O, bu yaxınlarda daxili işlər nazirinin müvafiq əmri ilə işdən azad edilib.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi