Göyçay rayonunda işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.