Göyçayda yol qəzası nəticəsində 1 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB

Göyçayda yol qəzası nəticəsində 1 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB Göyçay rayonunun Bığır kəndi ərazisində baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hadisə
10 avqust 2019 18:13
Göyçayda yol qəzası nəticəsində 1 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB

Göyçay rayonunun Bığır kəndi ərazisində baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

"25 yaşlı iki nəfər və 37 yaşlı kişi Göyçay MRX-ya çatdırılıblar. 25 yaşlı xəstənin birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar olub. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.


***21:42

Axşam saat 20:30 radələrində Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Bığır kəndi ərazisində iki "VAZ" markalı minik maşını toqquşub.

Nəticədə hər iki maşında olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi