Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var

Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var Göyçay rayonunda yol qəzası baş verib.
Hadisə
4 İyun , 2021 15:28
Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var
0 : 00
0 : 00

Göyçay rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Göyçay-Ucar avtomobil yolunun 10 kilometrliyində qeydə alınıb.

Belə ki, Məcid Rafiq oğlu Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil 51 yaşlı Famil Yolçu oğlu Səfərovun sükanı arxasında olduğu, idarə etdiyi "VAZ-2104" markalı minik maşını ilə toqquşub. Nəticədə M.Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərbənin təsirindən "Mercedes" markalı minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi