Yuxarı

Göyçayda fərdi yaşayış evi yanıb - FOTO

​Göyçayda fərdi yaşayış evi yanıb

Ötən gün axşam saatlarında Göyçay rayonunun Hüngütlü kəndində yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü kənd sakini Zülfüqar Hacıyevə məxsus ümumi sahəsi 130 kvm. olan 1 mərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları 106 kv sahədə yanıb.

Yanğından evin qalan hissəsi və bitişik ümumi sahəsi 127 kvm olan talvarı mühafizə olunub.

Hadisə yerinə FHN-in Göyçay Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alovun qarşısını almaq mümkün olub. Yanğın zamanı ev sakinləri evdə olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Evdə olan müəyyən əşyalar yanaraq külə dönüb və bir hissəsi qorunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi