Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb

Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
540
14 Yanvar , 2021 12:02
Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb

Göyçayda fəhlə hündürlükdən yıxılıb.

Bu barədə "Report"a Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi