Göyçayda evdən pul oğurlayan şəxs saxlanılıb.
Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb.
İlkin ifadəsində o, törətdiyi olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib.
Faktla bağlı E.Vahidov barəsində Göyçüy RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.