Göyçayda ev yanıb

Göyçayda ev yanıb Göyçayda yanğın olub.
Hadisə
11 Noyabr , 2019 12:01
Göyçayda ev yanıb

Göyçayda yanğın olub. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göyçayın Çayarxı kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Feyzullayev Mikayıl Qoca oğluna məxsus ümumi sahəsi 100 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı evə bitişik ümumi sahəsi 144 kvadratmetr olan talvar və onun altına yığılmış taxtalar da yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi