Göyçayda ev yanıb

Göyçayda ev yanıb Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
Hadisə
29 İyun , 2020 20:12
Göyçayda ev yanıb
Report

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Evin 146 kvadratmetrlik hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi