Göyçay rayonunda elektrik naqilləri oğurlayan şəxslər saxlanılıb.
Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub.
İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonunun Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuş Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmirkəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.