Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Nurlan Fəqan oğlu və 1998-ci il təvəllüdlü Əliyev İlham Səməd oğlu xəsarət alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



