Göyçayda avtomobil yanıb

Göyçayda avtomobil yanıb Göyçay rayonunda minik avtomobilində yanğın olub.
Hadisə
8 İyun , 2021 15:12
Göyçayda avtomobil yanıb
0 : 00
0 : 00

Göyçay rayonunda minik avtomobilində yanğın olub.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində baş verib.

Belə ki, kənd sakini, 1940-cı il təvəllüdlü Hacıyev Ramiz Hidayət oğluna məxsus 10-CX-232 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil anidən alışaraq yanmağa başlayıb. Alov qısa müddət ərzində avtomobilin hər tərəfinə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Nəticədə avtomobil yanaraq tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının avtomobildəki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi