Göyçayda avtomobil və ev birlikdə yanıb - FOTO

Göyçayda avtomobil və ev birlikdə yanıb - FOTO Göyçayda avtomobil və ev birlikdə yanıb.
Hadisə
5 İyun , 2019 21:59
Göyçayda avtomobil və ev birlikdə yanıb - FOTO
Foto: "Report"

Göyçayda avtomobil və ev birlikdə yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev "QAZ-53" markalı yük avtomobili ilə həyətyanı sahəsinə ot gətirən zaman avtomobil həyətyanı ərazidəki elektrik cərəyan xəttinə toxunub və cərəyanın təsirindən yanğın baş verib. Nəticədə avtomobil və onun yük yerindəki 1 ton ot alışıb. 

Alov bir qədər sonra ona məxsus evə keçib, bu zaman evin də bir hissəsi yanıb. Əraziyə Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 avtomobilicanlı qüvvəsi cəlb olunub və alovun qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi