Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb - YENİLƏNİB

Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb - YENİLƏNİB Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürcünün şəxsiyyəti məlum olub.
Hadisə
10 Noyabr , 2019 17:00
Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır  yol-nəqliyyat hadisəsi  zamanı dünyasını dəyişən sürcünün şəxsiyyəti məlum olub. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. A.Xəlilov hadisə zamanı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə yerləşdirilib.


*** 15:49

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.eydə alınıb.

Belə ki, VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı hələlik şəxsiyyəti məlum olmayan sürücünün öldüyü bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi