Göyçayda 9 yaşlı qızı ilan sancıb

Göyçayda 9 yaşlı qızı ilan sancıb Göyçay. 23 avqust. REPORT.AZ/ Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb.
Hadisə
23 Avqust , 2018 23:33
Göyçayda 9 yaşlı qızı ilan sancıb

Göyçay. 23 avqust. REPORT.AZ/ Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şəmiyeva Aysu Səxavət qızı həyətdə gəzərkən qəflətən onu ilan sancıb. 

Yaxınları tərəfindən az yaşlı dərhal Göyçay rayon mərəzi Xəstəxanasına çatdırılıb. A.Şəmiyeva zərdab vurulub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi