Göyçayda 33 yaşlı qadını avtomobil vurdu

Göyçayda 33 yaşlı qadını avtomobil vurdu Göyçay rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 İyul , 2020 21:04
Göyçayda 33 yaşlı qadını avtomobil vurdu

Göyçay rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Əlimərdanova Günay Rəcəb qızını yolu keçmək istəyərkən "VAZ-2109" markalı minik avtomobili vurub. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi