Göyçayda 32 yaşlı ustanın necə öldüyü açıqlanıb

Göyçayda 32 yaşlı ustanın necə öldüyü açıqlanıb Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
234
16 Mart , 2021 17:55
Göyçayda 32 yaşlı ustanın necə öldüyü açıqlanıb

Martın 16-sı saat 11 radələrində Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Göyçay Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanının təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi