Göyçayda 3 avtomobil toqquşub, ölən var

Göyçayda 3 avtomobil toqquşub, ölən var Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
322
20 Noyabr , 2021 22:21
Göyçayda 3 avtomobil toqquşub, ölən var

Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Xəlitli kəndində "Mercedes" və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi