Yuxarı
    Bağlamaq

    Göyçayda 11 yaşlı oğlan tüfəngdən açdığı atəş nəticəsində həmyaşıdını yaralayıb - ƏLAVƏ OLUNUB

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 23 yanvar. REPORT.AZ/ Göyçayda 11 yaşlı oğlan tüfəngdən açdığı atəş nəticəsində həmyaşıdını yaralayıb.

    “Report”un Şirvan bürosunun məlumatına görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan 11 yaşlı Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşdən qonşusu, həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.

    Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi