Göyçay sakinini bıçaqlayan şəxs tutulub

Göyçay sakinini bıçaqlayan şəxs tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
17 Noyabr , 2016 11:56
Göyçay sakinini bıçaqlayan şəxs tutulub

Bakı. 17 noyabr. REPORT.AZ/ Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə noyabrın 11-də rayon ərazisində qeydə alınıb. 

Rayon sakini Pərviz Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. O, izahatında şəhər ərazisində yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı P.Əliyevlə həmyerlisi Ruslan Xəlilov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  R.Xəlilov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi