Göyçay sakinindən yarım kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO

Göyçay sakinindən yarım kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Hadisə
28 İyun , 2019 11:50
Göyçay sakinindən yarım kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə DİN Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna məlumat verilib. 

Məlumatda bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi