Göyçay sakinindən ov tüfəngi götürüldü

Göyçay sakinindən ov tüfəngi götürüldü Göyçay sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkarlanıb.
Hadisə
11 Fevral , 2020 09:56
Göyçay sakinindən ov tüfəngi götürüldü

Göyçay sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Yenikənd kənd sakini Ədalət Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi