Üç rayonda qanunsuz silah saxlanılmasına qarşı əməliyyat keçirilib

Üç rayonda qanunsuz silah saxlanılmasına qarşı əməliyyat keçirilib Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər
Hadisə
10 Fevral , 2021 12:35
Üç rayonda qanunsuz silah saxlanılmasına qarşı əməliyyat keçirilib

Daxili İşlər Orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkar edilərək götürülüb.

Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan “İJ-20” markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi