Göyçay sakini Bakıda bıçaqlanıb

Göyçay sakini Bakıda bıçaqlanıb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
30 Dekabr , 2016 11:19
Göyçay sakini Bakıda bıçaqlanıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Göyçay rayon sakini Bakıda bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. 

Belə ki, ötən gün axşam saatlarında Göyçay rayon sakini 1960-cı il təvəllüdlü Məmmədov Əlimurad naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı Ə.Məmmədovun döş qəfəsindən bıçaqlandığı məlum olub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi