Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayrılıb

Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayrılıb Bakı. 7 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.
Hadisə
7 İyun , 2018 17:53
Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayrılıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla  M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi