Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib

Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib Biləsuvar. 23 yanvar. REPORT.AZ/ Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
Hadisə
2790
23 Yanvar , 2019 00:15
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib

Biləsuvar. 23 yanvar. REPORT.AZ/ Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

"Report"un Muğan bürosunun məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir. 

Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.

Qeyd edək ki, dünən səhər saatlarında da oxşar hava şəraiti hökm sürüb.

Daha əvvəl Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.

Son xəbərlər

Orphus sistemi