Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.
Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Meyit müayinə olunması üçün
*** 17:51
Samux rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tatlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.
Qəza nəticəsində sürücü aldığı ağır bədən xəsartələrindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.