Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb Hadisə Bakı-Qazax magistral yolunun 250-ci km-də baş verib
Hadisə
24 Sentyabr , 2017 20:11
Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

Ucar. 24 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakı-Qazax magistral yolunun (250-ci km) Ucardan keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, qəza "Niva" markalı avtomobilin eyni istiqamətdə hərəkətdə olan "Shacman" markalı yük maşınına aarxadan çırpılması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində minik maşınında olan Əliheydərov Orucəli Əlibala oğlu, Quliyev Əkbər Şakir oğlu və hələlik soyadı məlum olmayan Vüqar adlı şəxs ağır xəsarət alıb. Yaralılar dərhal "təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər hər 3 yaralının vəziyyətini ağır qiymətləndirir.

Qəzaya düşən şəxslər Goranboyda hərbi hissələrdən birində xidmətdə olan dostlarının yanından Bakıya qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi