Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var Goranboy. 7 noyabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib.
Hadisə
7 Noyabr , 2017 19:39
Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Goranboy. 7 noyabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü və sərnişini yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi