Bakı-Qazax-Gürcüstan magistralında nəqliyyatın hərəkəti bərpa olunub - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan magistralında nəqliyyatın hərəkəti bərpa olunub - FOTO - VİDEO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Noyabr , 2016 15:21
Bakı-Qazax-Gürcüstan magistralında nəqliyyatın hərəkəti bərpa olunub - FOTO - VİDEO - YENİLƏNİB

Goranboy. 29 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan magistralında nəqliyyatın hərəkəti bərpa olunub. 

"Report"un Qərb bürosunun məlumatına görə, magistralın Goranboy rayonunun ərazisindən keçən hissəsində yük maşınının aşması həmin yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. 

Yük maşını ərazidən götürülüb və magistrala dağılan yük yığışdırılıb. Bundan sonra magistralda nəqliyyatın hərəkəti bərpa olunub.


12:23

Goranboy. 29 noyabr. REPORT.AZ/ Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov DAF markalı yük maşını ilə Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük ətrafa dağılıb və yol təsərrüfatına ziyan dəyib.

Qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi