Goranboyda yük maşını aşıb, xəsarət alan var

Goranboyda yük maşını aşıb, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Sentyabr , 2017 19:37
Goranboyda yük maşını aşıb, xəsarət alan var

Goranboy. 11 sentyabr. REPORT. AZ/ Goranboy rayonunda yük maşını aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Asif Qasım oğlu Qasımzadə idarə etdiyi "QAZel" markalı avtomobili aşırıb. Nəticədə sürücünün qolu maşının altında qalaraq ağır xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə yorğun halda olan sürücünün sükan arxasında yatması səbəb olub.

Qeyd edək ki, maşının yük yerində 10 kisəyə yaxın kartof olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi