Goranboyda yolu süpürən qadını maşın vurub

Goranboyda yolu süpürən qadını maşın vurub Sürücü hadisə yerindən qaçıb
Hadisə
16 Fevral , 2017 23:12
Goranboyda yolu süpürən qadını maşın vurub

Goranboy. 16 fevral. REPORT.AZ/ Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub.

"Report"un Qərb bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi