Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb O, yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib
Hadisə
23 Oktyabr , 2017 17:57
Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

Goranboy. 23 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi