Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü

Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü İyulun 1-i&saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı
Hadisə
3 İyul , 2020 11:59
Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü

İyulun 1-i saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı traktor toqquşub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilib və iyulun 2-də orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi