Goranboyda yol qəzası olub, xəsarət alanlar var

Goranboyda yol qəzası olub, xəsarət alanlar var Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 Yanvar , 2022 17:45
Goranboyda  yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, digər 2 nəfər, Ağstafa rayon sakini, 2008-ci il təvəllüdlü M.Rəhimova və Qazax rayon sakini, 1951-ci il təvəllüdlü A.Bağırov xəstəxanaya aparılıblar.
Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi